skip to Main Content

Sperma Bağışı – Sperma Bağışı Kipr

Sperma bağışı və ya sperma transferi öz sperma hüceyrələriylə hamilə qala bilməyəcək (Azospermik xəstələrdə) və ya hamilə qalması sağlamlıq yönündən riskli (genetik və ya yoluxucu bir xəstəlik daşıyan) bir cütlüyün bank sperması (bağışçı sperması) istifadə edilərək həyata keçirdiyi bir süni mayalanma tətbiqidir. Sperma bağışı eyni zamanda evlilik düşünmədən hamilə qalmağı düşünən subay qadınların da ana olmaq üçün sıxlıqla müraciət etdikləri bir müalicə metodudur. Sperma bağışı əməliyyatında hamiləlik uğur səviyyəsi ana namizədinin yaşına, yumurta rezervinə, yaranacaq embriyo keyfiyyətinə görə fərqliliq göstərməktədir.

sperm-donation

Hansı Hallarda Durumlarda Sperma Bağışına Müraciət Edilir?

  • Kişidə sperma mövcud olmaması, az olması və ya çox sayda edilən süni mayalanma müalicəsinə baxmayaraq kişi faktoruna görə hamiləlik əldə edilə bilməməsi,
  • Mikro-TESE metodu ilə sperma tapılmayan kişilər,
  • Sperma morfologiyasındakı pozğunluqlar səbəbiylə yoxlamalarda uğur əldə edilə bilməyən xəstələr,
  • Xərçəng müalicəsi üçün verilən radioterapiya və ya kemoterapiyaya bağlı testis xəsarı və ya doğuşdan sperma ürətiminin olmaması kimi hallarda,
  • Kişidə uşaqlarına keçmə ehtimalı olan qalıcı xəstəliyin varlığında, ( hemofili, Duchenne’s muscular distrofiyası) və ya qohum evliliyinə gör risk altındakı cütlüklər sperma bağışı və ya Sperma Nəqli müalicəsinə qərar verə bilərlər.

Sperma Vericilərinin Seçilməsi (Bank Spermasının Seçilməsi) :

Daha əvvəlcədən bürün lazım olan testləri edilən və döllənmə qabiliyyəti sübut edilən sağlam kişilərdən alınan spermalar dondurularaq sperma bankında mühafizə edilir. Sperma bağışı müalicəsində müraciət edən ailənin istədiyi fiziki xüsusiyyətlərə və qan qrupuna görə ən uyğun bank sperması müəyyən edilərək xəstənin müalicəsində istifadə olunur. Bütün sperma vericiləri (Sperma bağışçıları) infeksiya xəstəlikləri və genetik xəstəliklər baxımından araşdırılır. İnfeksiya xəstəlikləri HIV, hepatit B və C, sitomegalovirus, sifiliz, klamidya, gonoredir. Genetik xəstəliklər üçün karyotip analizi və kistik fibrosis araşdırması edilir. Sperma vericisinin qan qrupu və Rh vaəziyyəti bilinməktədir. Akdəniz köklü olanlarda talasemita, yahudi köklü olanlarda Tay-Sachs xəstəliyi üçün araşdırma aparılır.

Sperma Bağışı Müalicəsindən Əvvəl Lazım Olan Testlər:

Sperma bağışı müalicəsinə başlamazdan əvvəl qadın üçün adət qanamasının 2-ci və ya 3-cü günü alınan FSH, LH, E2 və PRL ilə yanaşı TSH, T3, T4, Aclıq Qan Şəkəri, Tam Qan Sayımı, HbsAg, Anti-HCV, HIV testlərinin nəticələri çox əhəmiyyətlidir. Kişi üçün hər hansı bir testə gərək yoxdur. Aparılan araşdırmaların etibarlılıq müddəti 6 aydır.

Kiprdə Sperma Bağışı Müalicəsinin Mərhələləri

Sperma Bağışı Kipr

Vaxt Qazanmaq Üçün Müalicənizin Ön Hazırlıq Prosesini Yaşadığınız Yerdə Planlaya bilirik. Kiprdə sperma bağışı müalicəsində əvvəla qadının tək bir adət dövründə çox sayda yumurta verməsi üçün müəyyən edilən dərman protokoluna görə adət qanamasının 2-ci və ya 3-cü günündə yumurta çoxaltma əməliyyatına başlanılır. Bu ön hazırlıq prosesi müəyyən edilən dərman protokoluna görə həkim nəzarətində təxminən 12 – 20 gün davam edir. Bu prosesi Kiprdə keçirmək istəməyən cütlüklər öz xüsusi həkimlərindən kömək alaraq və ya bizim məsləhət görəcəyimiz həkim nəzarətində ön müalicələrini öz yaşadıqları ölkədə ala bilərlər. Lazım olan ön müalicənin tamamlanmayla cütlüyün Kiprə gəlişləri təşkil edilir. Kiprdə süni mayalanma prosesində yumurta yığma əməliyyatı, yığılan yumurtalar ilə bank spermalarının birləşdirilməsi (mikro enjeksiyonu) və embriyo inkişafının 3-cü və ya 5-ci günündə ən yaxşı inkişaf göstərən embriyoların seçilərək ana rəhminə transferi edilərək müalicə tamamlanır. Müalicənin Kipr müddəti 5 və ya 7 gündür. Kiprdəki embriyo transferindən 12 gün sonra qanda ßHCG (hamiləlik hormonu) baxılaraq hamiləlik nəticəsi öyrənilir.

Sperma Bağışı Müalicəsində Vitrifikasiya (Embriyo Dondurma)

Sperma bağışı müalicəsində çox sayda yaxşı keyfiyyətdə olan embriyo əldə edilməsi halında qalan embriyolar dondurularaq mühafizə edilir. Beləliklə ola biləcək bir nəaliyyətsizlikdə geri qalan keyfiyyətli embriyoların buzu açılaraq yeni bir sınama şansı əldə edilir. Eyni zamanda cütlüyün ikinci dəfə uşaq istəmələri halında da dondurulan embriyoların buzu açılaraq istifadə oluna bilər. Bütün müalicələrini Kiprdə reallaşdırmaq istəyən cürlüklər cəmi 18 gün qonaqlayaraq müalicələrini tamamlaya bilərlər.

Sperma Bağışı Uğur Səviyyəsi:

Sperma Bağışının uğur alıcı qadının yaşı, yumurtalıqlarının induksiyaya verəcəyi reaksiya və yumurta keyfiyyəti ilə dəyişməklə birlikdə %60-70 səviyyəsindədir. Yaş fərqliliklərinə görə sperma bağışı müalicəsində əldə edilən nəaliyyətlərimiz üçün Uğur Səviyyələrimiz hissəsini ziyarət edə bilərsiniz. Sperma bağışı sonrasında yaranan hamiləliklərin normal əlaqə ilə olan hamiləliklərdən heç bir fərqi yoxdur. Sperma bağışında düşmə və ya doğum defekti normal hamiləliklər ilə bənzərdir.

Back To Top