skip to Main Content

Azospermiya toxumda heç spermiya görülə bilməmə vəziyyətinə deyilir. Bu xəstələrdə azoospermiyaya səbəb; hormon və yaxud genetik problemlər, uşaqlıq çağında enməyən xaya və ya qrıja səbəbiylə keçirilən əməliyyatlar, xayaların yerində olmadığının gec başa düşülməsi və yetkin yaşda əməliyyat keçirmək və ya hələ də xayaların yerində olmaması (qasıq kanalından torbaya enib çıxan, qasıq kanalı və ya qarnın daxilində v.s.), uşaqlıq çağında keçirilən və xayaları şişirdərək fəaliyyətini pozan qızdırmalı infeksiyalar (svinka, menengit v.s.) xaya şişi səbəbiylə əməliyyatdan sonra kemoterapiya və ya radioterapiyaya məruz qalmaq, müxtəlif travmalar (yol qəzası, idman yaralanmaları) ola biləcəyi kimi sperma yollarının doğuşdan olmaması, inkişaf etməməsi və ya bağlı olmasıdır.

Azospermiya hadisələrində, cərrahiyyə sperma axtarma metodları olan TESA, TESE, Mikro-TESE kimi əməliyyatlardan istifadə edərək xaya toxumasında sperma axtarılır. Əgər, sperma əldə edilərsə onda, balon körpə əməliyyatına keçilməklə xəstə müalicə edilir. Əgər əməliyyatdan sonra sperma hüceyrəsinə rastlanmazsa, tək həll yolu sperma ianəsi müalicəsi ilə uşağa malik olmaqdır. Sperma ianəsi, tibbi bir problemi və sonsuzluq problemi olmayan bir kişinin bankdakı spermalarından istifadə edilməklə tətbiq edilən bir balon körpə üsuludur.

Back To Top